Tunis sahillərində 17 miqrant batıb

18:30 | 22.07.2021
Tunis sahillərində gəminin qəzaya uğraması səbəbindən 17 nəfər həyatını itirib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, gəminin göyərtəsində olan miqrantlar Liviyadan İtaliyaya getmək üçün Aralıq dənizini keçməyə çalışıblar.

Həyatını itirənlərin hamısı Banqladeş vətəndaşlarıdır.

Sahil mühafizəsi 380 nəfərin həyatını xilas etməyi bacarıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM