Turan şəhərinin açılışı olacaq

21:00 | 08.05.2014
Turan şəhərinin açılışı olacaq

Turan şəhərinin açılışı olacaq

Qazaxıstanda “Turan” adlanan yeni şəhərin açılışı olacaq.
Bu barədə Yeni Nəfəs Hərəkatından ANN.Az-a məlumat verilib. Məlumatda qeyd olunub ki, tədbirlə bağlı Türk Xalqları Ümumdünya Assambleyasının prezidenti, akademik Yermentay Sultanmurad tərəfindən Yeni Nəfəs Hərəkatına dəvətnamə də göndərilib. 
Məlumata görə, 23-26 may tarixində Çimkənd şəhərinin 30 km-də salınan şəhərin açılışı və bu münasibətlə Türk Xalqlarının Qurultayı keçiriləcək: “Tədbirə 40-a yaxın türk toplumunun elm, ictimai-siyasi və dövlət xadimləri dəvət olunub. Hələlik 12 hektar ərazidə salınan şəhərdə bir neçə bina istifadəyə veriləcək. Şəhərdə hər türk xalqına 12 sot torpaq sahəsi ayrılacaq və sənədləşdiriləcək. Həmin torpaq sahəsində hər bir türk xalqı öz mədəniyyətini təbliğ edən mərkəzlər yarada biləcək”
Qeyd edək ki, tədbirə Azərbaycanın alimləri də qatılacaq. Bununla bağlı ötən gün Azərbaycan üzrə təşkilat komitəsi də formalaşıb.
Seymur
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti