APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bunu Ukrayna prezidenti səlahiyyətlərini icra edən Ali Radanın sədri Aleksandr Turçinov Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşündə bildirib. Onun sözlərinə görə, iqtisadi və siyasi vəziyyətin ağır olmasına baxmayaraq, Ukrayna öz ərazi bütövlüyünü müdafiə edəcək: “Ölkəmizin ərazisinə müdaxilə olacaqsa, bizim döyüşü qəbul etməkdən başqa alternativ yolumuz qalmayacaq. Ümid edirik ki, Budapeşt memorandumuna uyğun olaraq Ukraynanın ərazi bütövlüyünün təminatçıları öz öhdəliklərini yerinə yetirəcəklər. İnanıram ki, biz bu vəziyyətdən qalib çıxacağıq və bu sınaqlar dövlətimizi, xalqımızı daha da möhkəmləndirəcək”. Öz növbəsində Frank-Valter Ştaynmayer Rusiyanın Krımdakı hərəkətlərinin açıq-aşkar təcavüz və beynəlxalq hüququn pozulması olduğunu bildirib.ANN.Az