Əvvəlki Ukrayna hakimiyyətinin aktivləri həbs olunub. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Ali Rada tərəfindən təyin olunmuş Ukrayna prezidenti əvəzi Aleksandr Turçinov bildirib.
"Əvvəlki hakimiyyət nümayəndələrinin, o cümlədən biznes strukturlarının bir çox aktivləri həbs edilib. Aktivlər həbs olunub, onları satmaq lazımdır, lakin zavodlar var, harada minlərlə əməkdaş işləyir.
İndiki şəraitdə zavodların fəaliyyətini dayandırmaq olmaz",- agentlik Turçinovdan sitat gətirir.
Dövlət departamenti aprelin ortalarında bəyan edib ki, ölkədən çıxarılmış aktivlərin axtarışında FTB-nin agentləri yardım göstərəcəklər.
O zaman bildirilirdi ki, ABŞ maliyyə, ədliyyə nazirliklərinin, həmçinin FTB ekspertlərinin komandası Ukraynanın müvəqqəti hökumətinə xaricdən pul vəsaitlərini qaytarmaq üçün araşdırma aparmağa və dəlillər yığmağa dair məsləhətlər verəcəklər.
ANN.Az