Turistlər üçün ən təhlükəli ölkələrin siyahısı hazırlanıb.
ANS PRESS-in məlumatına görə, siyahını İngiltərənin "Daily Mail" qəzeti ərsəyə gətirib.
Ölkələrin müəyyən edilməsində əsas qadınların tək səyahəti nəzərə alınıb. Ən riskli ölkələrin sırasında Azərbaycanın yaxın qonşusu olan Türkiyənin də adı var.
Siyahıda əsas oğurluq, cinsi təcavüz, cinayətlərin səviyyəsi nəzərə alınıb. İlk pillədə Hindistan yer alıb. Bu ölkədə 2010-cu ildən bu yana işlənən cinayətlərin səviyyəsi 7 faiz artıb.
İkinci sırada karnavalları ilə məşhur olan Braziliyadır. Hər il milyonlarla turistə ev sahibliyi edən Braziliyada cinayət göstəriciləri 5 ildə 157 dəfə artıb.
İlk üçlüyü isə Türkiyə qapadır. Qəzet bu ölkədə qadına qarşı şiddətin böyük problem olduğunu deyir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !