Turistlər üçün yeni kampaniyaya start verilib

17:32 | 07.10.2024
Turistlər üçün yeni kampaniyaya start verilib

Turistlər üçün yeni kampaniyaya start verilib

Azərbaycan Turizm Bürosu "Azərbaycan Hava Yolları” (AZAL) ilə birgə Bakının turizm imkanlarının təbliği məqsədilə yeni kampaniyaya start verib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, kampaniya çərçivəsində "Azərbaycan Hava Yolları” ilə səyahət edən yerli və xarici sərnişinlər dekabrın 29-dək AZAL-ın minik talonundan göstərilən tarixdən 48 saat ərzində "Bakı Şəhər Turu” avtobus biletlərinə 20 faiz endirim əldə edirlər.

Qeyd edək ki, 29 sentyabr - Azərbaycanda Turizm İşçiləri Günü münasibətilə AZAL sərnişinlərinə "Baku City Tour” avtobuslarında birgünlük pulsuz səyahət imkanı təqdim olunub.

Dünya təcrübəsində geniş istifadə olunan "Hop-On-Hop-Off” avtobus turları hər gün saat 11:20-dən 16:40-a kimi fəaliyyət göstərərək 80 dəqiqə müddətində paytaxtın əsas 15 turistik məntəqəsini əhatə edir. Avtobuslarda Azərbaycan, rus, ingilis, alman, fransız, fars, italyan və yapon dilləri daxil olmaqla 8 dildə ödənişsiz audiobələdçi mövcuddur.
Avtobus turları haqqında ətraflı məlumatla bu linkdən https://azerbaijan.travel/hop-on-hop-off-az tanış olmaq mümkündür

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti