Azərbaycanda dollar və avronun məzənnəsinin kəskin artımı turizm şirkətlərinin işində ciddi problemlər yaradıb.
ANN.Az Fins.az-a istinadən xəbər verir ki, turizm şirkətlərinin əksəriyyəti müştərilərə xidmət göstərməyi dayandırıblar. «Travel case» turizim şirkətindən verilən xəbərə görə hazırda səyahətlərin bronlaşdırılması üzrə fəaliyyət göstərən sistemin işi dayanıb və bu səbəbdən şirkət müştəri qəbul etmir. Sistemin dayanması nəticəsində «Dərviş travel» də işini dayandırmalı olub. Sistemin işini nə vaxt barpa edəcəyi hələlik açıqlanmayıb.
Xaricə səyahət 30%-dək bahalaşacaq
«Weekand travel» qiymetlərdə artımın olacağını bildirir. Şirkətdən bildirilib ki, məsələn Bakı-İstanbul-Bakı reyslerinə biletin qiyməti əvvəllər 260 manat olduğu halda indi bu qiymət 342 manata çatıb. Aviabiletlerin qiymetində 30%-dək bahalaşma olduğunu söylədilər. «AFN travel»dən verilən məlumata görə isə, bu il səyahət qiymətlərində təqribən 30%-dək bahalaşma gözlənlir. Ancaq hələlik tərəfdaşların sistemlərini bağlaması ilə əlaqədar olaraq hələlik qiymətləri dəqiq göstərmək mümkün deyil.
Erkən rezervasiyalarda problem yarana bilər
Hazırda turizm şirkətlərinin qarşılaşdığı əsas problem erkən rezervasiyalar çərçivəsində alınan turlarla bağlıdır. Xatırladaq ki, bəzi müştərilər artıq yay səyahətləri ilə bağlı turları alıblar və bununla bağlı müvafiq ödənişlər edilib. İndi isə manatın ucuzlaşmasından sonra məlum olur ki, bu turlara görə, əlavə ödəniş etmək lazım gələcək. «Weekand travel»dən verilən məlmata görə, erkən rezervasiya etdirən müştərilərlə bağlı məsələ yaxın vaxtlarda Turizim Nazirliyində keçiriləcək tədbirdə müzakirə olunacaq və vəziyyət də bundan sonra aydınlaşacaq. «AFN travel»dən isə bildirilib ki, bahalaşma davam edərsə zərəri nə turizim şirkəti, nə də müştəri ödəməyəcək. Bu zərərin ödənilməsi səyahətin təşkili ilə məşğul olan Tur operatorların üzərinə düşəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !