Türk dövlətləri təşkilatına daxil olan ölkələrin ərazisində birgə mərkəzlər yaradılacaq. Bunu fövqəlada hallar naziri Kəmaləddin Heydərov deyib.
O bildirib ki, bu mərkəzlər bu ölkələrdən hər hansı birində hadisə baş verərsə, birbaşa yardıma getmək üçün şərait yaradacaq.
"Hər hansı bir üzv və müşahidəçi dövlətlərin ərazisində böyük bir hadisələr baş verəcəksə, anında o ölkələrin xilasediciləri və digər yardım qurumları orda iştirakını təmin edə biləcək bir sənəddir. Br neçə müddət sonra Qazaxıstanda zirvə toplantısı olacaq və həmin toplantıda bu məsələ artıq imzalanacaq. Ondan sonra artıq bu mərkəzlər təkcə bir yerdə deyil, bir neçə yerdə mərkəzlər olacaq. İdarəetmə mərkəzləri, proqnozlaşdırma mərkəzləri,qüvvələrin hərəkət istiqamətlərini müəyyən edəcək mərkəzlər və bunlar da üzv dövlətlərin ərazilərində yerləşəcək. Effekti ondan ibarət olacaq ki, hər hansı bir hadisə baş verdiyi anda heç bir şeyi gözləmədən bu ölkənin xilasediciləri əraziyə cəlb olunacaq", - nazir Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
Sentyabrın 7-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin görüşü keçirilib.
Görüşdə İclasda Türk dövlətləri təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev, Azərbaycan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Qırğızıstan fövqəladə hallar naziri Boobek Ajıkeev, Özbəkistan fövqəladə hallar naziri Abdulla Kuldaşev, Qazaxıstan fövqəladə hallar naziri Sırım Şaripxanov, Türkiyə daxili işlər naziri Əli Yerlikaya, Şimali kipr Türk Respublikası daxili işlər naziri Dursun Oğuz iştirak edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı 2021-ci il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.
Türk Dövlətləri Təşkilatına - Azərbaycan, Qazaxıstan, Qırxıstan,Özbəsitan və Türkiyə daxildir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !