Türk əsgərləri İraqdakı düşərgədən çıxır

21:00 | 14.12.2015
Türk əsgərləri İraqdakı düşərgədən çıxır

Türk əsgərləri İraqdakı düşərgədən çıxır

İraqın şimalındakı düşərgəyə yerləşdirilmiş bəzi türk əsgərləri oradan çıxmaqdadır. Söhbət İslam Dövləti (İD) silahlı qruplaşmasının nəzarət etdiyi Mosul şəhəri yaxınlığındakı düşərgədən gedir. Xəbəri Türkiyənin dövlət mediası yayıb.

"Yeni razılaşmaya əsasən, Başiqa düşərgəsindəki türk əsgərlərdən bəziləri şimala göndərilib”, Anadolu agentliyi bildirir.


Türkiyə baş nazirinin idarəsi dekabrın 11-də bildirib ki, Başiqa düşərgəsindəki hərbi heyətini "yenidən təşkil edəcək”.

Məlumatda əsgərlərin Türkiyəyə qayıtdığı, yaxud İraqın başqa yerinə göndərildiyi bildirilmir.

Türk əsgərlərinin ötən həftə İraqın kürd regionundan Başiqaya köçürülməsi İraq hökumətini qəzəbləndirib, əsgərlərin dəvətsiz gəldiyi bildirilib, çıxmaları tələb olunub.

Türkiyə isə əsgərlərinin Mosulun İD-dən alınması üçün İraq qüvvələrinə təlim keçdiyini deyir.

İraq rəsmiləri məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxarmaqla hədələyib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM