Bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) plenar toplantısında gizli səsvermə yolu ilə məhkəmənin iki vitse-prezident vəzifəsindən birinə Türkiyənin AİHM-dəki hakimi, xanım İşıl Karakaş seçilib.
Digər vitse-prezident postuna isə Macarıstanlı hakim Andras Sajo seçilib.
Qeyd edək ki, 2008-ci ildən Türkiyənin AİHM-dəki hakimi vəzifəsində çalışan xanım İşıl Karakaş, eyni zamanda 2013-cü ildən etibarən məhkəmədə iki dəfə şöbə müdiri vəzifələrində də çalışıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !