Türk Hava Yolları Fransaya uçuşları tamamən dayandırmayıb.
Bu barədə Oxu.Az-a Türk Hava Yollarının (THY) Bakı ofisindən bildirilib.
Şirkətin Bakı ofisindən qeyd olunub ki, Türk Hava Yolları Fransada noyabrın 13-də baş verən terror hadisələri ilə əlaqədar noyabrın 14-dən 21-dək Türkiyədən Fransaya səyahət edəcək şəxslərin baş verə biləcək hər-hansı narahatlıqla əlaqədar uçuşların tarixlərində aşağıdakı şəkildə dəyişiklik edib:
"Biletlərini noyabrın 14-dən öncə alan şəxslər, noyabrın 14-dən 21-dək Türkiyədən Fransaya (Paris, Lyon, Nice, Tuluza, Bordeaux) səyahət edəcək yolcularımız üçün hər-hansı bir cərimə ödəmədən səyahət tarixlərini noyabrın 14-dən dekabrın 14-dək olan tarixlər arasında hər-hansı bir günlə əvəz edilməsi imkanı yaradılıb.
Biletlərini qeyd olunan başqa bir günlə əvəz etmək arzusunda olanlar noyabrın 21-dək THY-ə müraciət edə bilərlər.
Bu tənzimləmə noyabrın 14-dən 21-dək etibarlı olacaq”, - deyə Bakı ofisindən qeyd edilib.
Şirkətdən onu da qeyd ediblər ki, biletlərin qaytarılması ilə əlaqədar isə hər-hansı dəyişiklik nəzərdə tutulmayıb.
Qeyd edək ki, Türkiyə KİV-də qeyd olunmuşdu ki, THY Fransaya uçuşları noyabrın 21-dək tamamən dondurub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !