Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb

23:21 | 07.06.2023
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb

Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb

Çərşənbə günü hərracda  türk lirəsi ABŞ dollarına nisbətən 7%-dən çox ucuzlaşaraq  son bir ildə maksimum dəyərdən düşmə  rekordunu təzələdi. 

MarketWatch xəbər verir ki,  son 12 hərracda ardıcıl Türkiyə lirəsinin düşməsi müşahidə olunur və hər dəfə bu ucuzlaşma yeni rekord adlandırılır. Ekspertlər son ucuzlaşmanı ölkənin yeni maliyyə nazirinin üzləşdiyi problemlərlə bağlı artan narahatlıqlar fonunda baş verdiyini bildirir. 

Milli valyuta əvvəlki hərracda  21,576 lirə/$1 idisə, 23,140 lirə/$1 səviyyəsində satılır. Son on iki ayda lirə öz dəyərinin üçdə birindən çoxunu itirib.

Eyni zamanda, yüksək inflyasiyadan qaçmaq üçün investorlar səhmlərə investisiya qoymaqda davam edirlər. BIST 100 fond indeksi çərşənbə günü 3,5%, son bir il içində isə  iki dəfədən çox (120%) artıb.

Qərb mətbuatında ölkənin dövlət banklarının milli valyutanı dəstəkləmək üçün dollar satışını dayandırması ilə bağlı xəbərlər də lirəyə mənfi təsir edib.  Bu, ölkənin yeni hökumətinin valyuta bazarına baha başa gələn müdaxilələrdən əl çəkdiyini və daha rasional iqtisadi siyasət aparacağının göstəricisidir. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Nazirlər Kabinetinin tərkibini açıqlayıb. O cümlədən Maliyyə Nazirliyinə artıq 2015-2018-ci illərdə bu vəzifəni icra edən və Merrill Lynch-də analitik vəzifəsində çalışan Mehmet Şimşək təyin olunub. 

Onun təyinatı daha ortodoksal iqtisadi siyasətə qayıdış və hökumətin maliyyə bazarlarına müdaxiləsinin azaldılması ümidlərini artırıb. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb