Türk anasının qanı tibb dünyasını şoka saldı

18:13 | 10.06.2015
Türk anasının qanı tibb dünyasını şoka saldı

Türk anasının qanı tibb dünyasını şoka saldı

Türkiyənin İzmir şəhərində yaşayan qadın tibb elmində indiyə qədər müşahidə edilməyən halla qarşılaşıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, 65 yaşlı ürək xəstəliklərindən əziyyət çəkən Şükran Qəhrəman İzmirin Tire ilçəsinin Ayaklıklı məhəlləsində yaşayır, evli və 5 uşaq anası olan Şükran xanımım 20 gün əvvəl qəfil vəziyyəti pisləşib. Tire Dövlət Xəstəxanasına gətirilən qadının müayinə zamanı ürək ritmində pozuqluq olduğu ortaya çıxıb. Bundan sonra o, İzmirdəki başqa xəstəxanaya Torbalı Dövlət Xəsxəxanasına köçürülüb. Burada onun "by pass" əməliyyatı edilməsinə qərar verilib. Əməliyyat öncəsi xəstənin qan analizləri aparılıb. Şükran xanımın qan qrupunun "A" olduğu göstərilib, amma (-), yaxud (+) olduğunu təsbit etmək qeyri-mümkün olub. Xəstənin qan nümunələri daha bir başqa xəstəxananın laboratoriyasına göndərilib, amma orada da eyni nəticə alınıb. Daha sonra "Qızıl Ay" Cəmiyyətinin Xəstəxanasına müraciət olunub, təkrar eyni nəticə əldə olunub.

Həkimlər dünya tibb tarixində ilk dəfə belə halla qarşılaşdıqlarını bəyan ediblər. Mütəxəssislər müalicəni davam etdirmək məcburiyyətində qalıblar. Amma ona hər hansı donor qanın köşürülməsi mümkün hesab olunmayıb. Çünki yad qan onun ölümünə səbəb ola bilərdi. Bu vəziyyət çıxış yolu tapan mütəxəssislər xəstənin özündən  "by pass" əməliyyatı olmazdan 10 gün əvvəl xeyli miqdarda ehtiyat qan götürüblər və dünən baş tutan əməliyyatda da həmin ehtiyatdan istifadə edilib.

Qadının hazırda səhhəti normaldır. O "40 il düşünsəydim ki, öz qanım özümü xilas edəcək, inanmazdım" deyib.

Hazırda həkimlər qadının qanı ilə bağlı araşdırmalarını davam etdirirlər.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM