Seçki nəticələri Türkiyə üçün 3 fərqli variantı ölkə gündəminə daxil edib.
"Hürriyet" yazarları Nuray Babacan və Bülent Sarıoğlu iyunun 7-də Türkiyədə baş tutan parlament seçkilərinin nəticələrinə dair təhlil yazısı ilə çıxış ediblər. Onların qənaətinə görə, bundan sonrakı mərhələnin hökumət formulları arasında 3 əsas variant özünü biruzə verir. Türkiyə siyasəti bundan sonra "koalisiya, azlıq hökuməti və keçici seçki hökuməti" ehtimallarını yoxlayaraq yeni yol axtaracaq.
İlk varianta görə, AKP-nin rəhbərliyi ilə koalisiya üçün axtarışa başlanılacaq. Bunun üçün AKP 276 əsas səsçoxluğunu əldə etmək üçün ətrafına ortaqlar toplamağa başlayacaq.
Əgər koalisiya hökuməti qurulmazsa, o zaman bir yaxud iki partiyanın dəstəyi ilə azlıq hökuməti qurulacaq. Bunların da nəticəsi olmazsa, o zaman bütün pariyaların təmsil olunduğu "keçici Nazirlər Kabineti" formalaşdırılacaq və ölkədə erkən seçkilər təşkil olunacaq.
İyunun 7-də Türkiyədə növbəti parlament seçkiləri keçirilib. İlkin açıqlamalara görə, səsvermə hüququ olan 53 milyon 765 min 231 seçicidən 70 faizə yaxını səsvermə hüququndan istifadə edib. Türkiyə Böyük Millət Məclisinin yeni heyətinə 20 siyasi partiya və 165 müstəqil namizəd iddialı olub.
Mərkəzi Seçki Qurumunun ilkin açıqlamalarında görə hakim AKP son 13 ildəki bütün seçkilərdə olduğu kimi, bu dəfə də üstünlüyünü saxlayıb və 4-cü dəfə parlament seçkilərini qazanıb. Hakim AKP-nin 40, 86 faizlə liderlik etdiyi seçkidə ana müxalifət səslərin - CHP 24,95, MHP 16,29, DHP 13,129 fazini toplayıb. Qalan 16 partiya və 165 müstəqil namizəd isə səslərin 4,8 faizini qazana bilib.
Beləliklə də AKP bu seçkidə Türkiyəni təkbaşına idarə etmək şansını itirmiş olub. Bunun üçün parlamentdə AKP-nin 267 nəfərlə təmsil olunmalı idi, ancaq AKP TBMM-ə 258 deputat keçirə bilib. Mandatların 132-si CHP-nin, 80-si MHP-nindir. 10 faizlik barajı aşaraq 12,9 faiz səs toplayan HDP parlamentdə 80 deputatla təmsil olunacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !