• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Türkiyə ABŞ-la sanksiyaların ləğvini müzakirə etməyə başlayacaq

Türkiyə ABŞ-la sanksiyaların ləğvini müzakirə etməyə başlayacaq
05.02.2025 19:18
Türkiyənin xarici işlər naziri Hakan Fidan martdan  etibarən Ankaranın Vaşinqtonla Türkiyəyə qarşı tətbiq olunan məhdudiyyətlərin, o cümlədən "Amerikanın Rəqiblərinə Sanksiyalar Vasitəsilə Qarşıdurma Qanunu” (CAATSA) çərçivəsində tətbiq edilən sanksiyaların ləğvini müzakirə etməyi planlaşdırdığını bildirib.

"Türkiyənin ABŞ-da qəbul edilən CAATSA qanunu çərçivəsində sanksiyalara məruz qalması müttəfiqlik münasibətlərimizə uyğun deyil və NATO-nun iki ölkəsi arasındakı ittifaq ruhu ilə ziddiyyət təşkil edir. Bu vəziyyətdən xilas olmaq lazımdır. Hələ bu məsələ üzərində işləməyə başlamamışıq. Bildiyiniz kimi, ABŞ Senatı və Konqresi yeni formalaşıb, Ağ Evin yeni administrasiyası isə işə başlayıb. Bəzi nazirliklər bir qədər gec fəaliyyət göstərəcək. Bu, ABŞ-ın xüsusiyyətlərindən biridir. Tezliklə bu məsələ üzərində işləməyə başlayacağıq. Mart ayından etibarən bu mövzular aktiv şəkildə müzakirə olunacaq" – Fidan Anadolu agentliyinə müsahibəsində bildirib.

Donald Trampın prezident vəzifəsinə başlamasından danışan Fidan qeyd edib ki, "ABŞ administrasiyası üçün yeni bir səhifə açılır, lakin bu səhifədə köhnə qeydlər qalacaq, yoxsa yeniləri əlavə olunacaq – bunu görmək lazımdır”.

"Bildiyiniz kimi, əvvəlki administrasiya ilə, xüsusilə son bir yarım il ərzində çox intensiv diplomatik iş aparılıb. Strateji tərəfdaşlıq mexanizmi yenidən fəaliyyətə başlayıb və bəzi məsələlərdə irəliləyiş əldə olunub", –  nazir əlavə edib.

Ankaraya qarşı əvvəllər Rusiyadan S-400 zenit-raket sistemi (ZRS) alması səbəbilə CAATSA qanunu çərçivəsində məhdudiyyətlər tətbiq olunmuşdu. Bu sanksiyalar Türkiyə Müdafiə Sənayesi Katibliyinə və onun bəzi rəhbərlərinə qarşı yönəlmişdi.
 
N.Təbrizli




















www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
London Kiyevə yeni hərbi yardım paketi ayırıb
Dünya 23:56
London Kiyevə yeni hərbi yardım paketi ayırıb
Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq - Trüdo
Dünya 23:50
Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq - Trüdo
Tramp Putindən sonra Zelenski ilə danışıb
Dünya 22:09
Tramp Putindən sonra Zelenski ilə danışıb
Trampla Putin arasında telefon danışığı olub - Yenilənib
Dünya 21:42
Trampla Putin arasında telefon danışığı olub - Yenilənib
Paşinyan ABŞ səfərini səmərəli adlandlrlb
Dünya 20:29
Paşinyan ABŞ səfərini səmərəli adlandlrlb
Amerikalılar Avropaya nüvə bombardmançıları yerləşdirib
Dünya 20:19
Amerikalılar Avropaya nüvə bombardmançıları yerləşdirib
Türk ordusu İraqda 5 terrorçunu zərərsizləşdirib -Video
Dünya 20:00
Türk ordusu İraqda 5 terrorçunu zərərsizləşdirib -Video
NATO Müdafiə nazirlərinin Brüsseldə görüşü keçiriləcək
Dünya 19:24
NATO Müdafiə nazirlərinin Brüsseldə görüşü keçiriləcək
Putin və Əhməd-əl-Şəra arasında telefon danışığı olub
Dünya 18:14
Putin və Əhməd-əl-Şəra arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol