Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası Bakı əvəzinə Ankarada keçiriləcək.
APA-nın Türkiyənin rəsmi "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, toplantının Ankarada keçirilməsi təşəbbüsü Azərbaycan prezidentindən gəlib.
Agentlik Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən Ərdoğanın bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdiyini yazıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Bakıya planlaşdırılan səfəri təxirə salınıb.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.
Həmin səfər çərçivəsində də Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilməli idi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !