Türkiyə Ermənistanla görüşdən imtina edib

10:23 | 02.07.2024
Türkiyə Ermənistanla görüşdən imtina edib

Türkiyə Ermənistanla görüşdən imtina edib

Türkiyənin Ermənistan nümayəndələri ilə iyulun 2-nə planlaşdırıla görüşdən imtina etdiyi bildirilir. Bu barədə Ermənistan mətbuatı yazıb. 
 
İyulun 2-də  Ermənistan-Türkiyə sərhədində iki ölkə nümayəndələrinin görüşü planlaşdırılırdı. 
 

"Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, - mənbə paylaşıb.
 
İclasın ləğv edilib-edilmədiyi hələlik məlum deyil.

Türkiyənin xüsusi elçisi 7 il ABŞ səfiri və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışmış Serdar Kılıçdır.

Planlaşdırılan görüş rəsmən təsdiqlənməyib.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM