Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 50% səviyyəsində saxlayıb

18:11 | 27.06.2024
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 50% səviyyəsində saxlayıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 50% səviyyəsində saxlayıb


Türkiyə Mərkəzi Bankı üçüncü aydır ki, uçot dərəcəsini illik 50% səviyyəsində saxlayıb. Bu barədə Türkiyə Mərkəzo Bankının saytı bildirilib.

"Aylıq inflyasiya tendensiyası əhəmiyyətli və davamlı azalma göstərənə və inflyasiya gözləntiləri proqnoz diapazonuna uyğun gələnə qədər sərt pul siyasəti davam etdiriləcək", - bankın məlumatında bildirilib.

Orta müddətli inflyasiya hədəfi 5% təşkil edir. 

Bununla yanaşı bank bildirib ki, ölkədə istehlak qiymətlərinin artımı əhəmiyyətli dərəcədə sürətlənərsə, pul-kredit siyasətinin sərtləşdirilməsinin mümkünlüyü istisna olunmur. 

Türkiyədə mayın sonunda inflyasiya illik ifadədə 75,45% təşkil edib. Bu, 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.

Ötən gün türk valyutası yeni antirekord vurub. 

Bir dollar üçün məzənnə 33 lirədən aşağı düşüb.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb