• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

"Türkiyə PUA-larının qarşısını almaqda acizik"

08.04.2021 15:51
"Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı (PUA) qarşısında Almaniya hava hücumundan müdafiə sistemi acizdır".

Bu, Almaniyanın tanınmış "Frankfurt Allgemeine Zeitung” (FAZ) qəzetindəki məqalədə qeyd olunub.

Qəzetin yazdığına görə, bu qurğu Almaniya ordusunda şoka səbəb olub.

Bildirilib ki, Almaniyanın Müdafiə Nazirliyi ölkə hava hücumundan müdafiə sisteminin PUA-ların qarşısını almaqda gücsüz olduğunu etiraf edib. Müdafiə naziri Anneqret Kramp Karrenbauer bu istiqamətdə problemi aradan qaldırmaq üçün bəzi təkliflər irəli sürüb.

"PUA hücumlarının təhdidi səbəbi ilə təcili olaraq hava hücumundan müdafiə sisteminin dəyişdirilməsinə ehtiyac var. Silahlı qüvvələr bu vəziyyətdə müqavimət göstərəcək vəziyyətdə deyil. Almaniya ordusu PUA hücumu qarşısında hardasa müdafiəsiz olduğu qəbul edilən bir sürpriz oldu”, - məqalədə vurğulanıb.

Yazıda bildirilib ki, İsrail və Türkiyə tərəfindən istehsal olunan PUA-lar Qarabağ və ətraf rayonlarda Ermənistan Silahlı Qüvvələrinə aid 190-dan artıq tankı və zirehli avtomobili məhv edib: "Erməni hərbçiləri bu hücumlar qarşısında müdafiəsiz olduqları üçün məyus vəziyyətə düşdülər. Bununla bağlı xəbərlər Almaniya ordusunda şoka səbəb olub”.

Məqaləyə əsasən, Almaniyadakı ABŞ-ın "Patriot” hava hücumundan müdafiə kompleksində bununla bağlı modernləşməyə ehtiyac var: "Bunun üçün 600 milyon avro məbləğində maliyyə vəsaiti lazımdır. Almaniya hava hücumundan müdafiə sisteminin modernləşməsi üçün 13 milyard avrodan artıq maliyyə vəsaiti lazımdır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda varislik mübarizəsi qızışır, Xomeyninin nəvəsi yarışa qoşulur
Dünya 09:13
İranda varislik mübarizəsi qızışır, Xomeyninin nəvəsi yarışa qoşulur
ABŞ Çinə etan ixracına qoyulan məhdudiyyətləri qaldırıb
Dünya 08:33
ABŞ Çinə etan ixracına qoyulan məhdudiyyətləri qaldırıb
Ukraynada partlayış olub, ölən və yaralananlar var
Dünya 23:24
Ukraynada partlayış olub, ölən və yaralananlar var
Türkiyədə təyyarə qəzaya uğrayıb, itkin düşənlər var
Dünya 22:44
Türkiyədə təyyarə qəzaya uğrayıb, itkin düşənlər var
"X" sosial şəbəkəsinin işində problemlər yaranıb
Dünya 19:38
"X" sosial şəbəkəsinin işində problemlər yaranıb
Əli Əsədov Ersin Tatarla görüşüb
Dünya 19:26
Əli Əsədov Ersin Tatarla görüşüb
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
Dünya 18:48
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
Ermənistanın sabiq prezidenti Serj Sərkisyana rüşvət almaq ittihamı irəli sürülüb
Dünya 14:50
Ermənistanın sabiq prezidenti Serj Sərkisyana rüşvət almaq ittihamı irəli sürülüb
İsrail Qəzzada 60 günlük atəşkəslə razılaşıb
Dünya 06:30
İsrail Qəzzada 60 günlük atəşkəslə razılaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol