2023-cü ildə Türkiyədən Rusiyaya bəzək bitkilərinin ixracı 5,6 milyon dolları ötüb. Bu barədə Anadolu agentliyi Türkiyə Bəzək Bitkiləri İstehsalçıları Birliyinin idarə heyətinin sədr müavini Əhməd Dündar bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin martında Rusiya bazarına yüksək tələbatla daxil olduqdan sonra Rusiya Federasiyasına gül ixracı 2022-ci ildəki 4,3 milyon dollardan 2023-cü ildə 5,6 milyon dollara yüksəlib. Bu istiqamət türkiyəli ixracatçılar üçün önəmli olub.
Rusiyada Türkiyədən gələn qərənfil, qızılgül və landşaft bitkilərinə tələbat var. Dündar, 2023-cü ildə Türkiyədə dekorativ çiçək istehsalının artdığını, buna görə də ölkənin Rusiya Federasiyasına ixracını artırmağa hazır olduğunu vurğulayıb.
"Artan tələbat sayəsində Türkiyənin bəzək bitkiləri sektoru üçün mühüm bazar yaranıb. Biz istehsal həcmini artırmalıyıq”, - Dündar bildirib.
Bundan əvvəl rusiyalı məktəbli fevralın 14-nə kimi qarajında bir neçə min lalə yetişdirib .
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !