Türkiyə Suriya ilə sərhəddə patrul qüllələrinin tikintisinə başlayıb.
Trend-in məlumatına görə, patrul qüllələrinin hündürlüyü 15 metr, eni 7 metr təşkil edəcək.
Məlumata görə, qüllədə eyni vaxtda 10 adam ola biləcək. Ümumiyyətlə, Suriyə ilə sərhəddə 7 patrul qülləsinin tikiləcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyə bu il sentyabrın sonunda Suriya ilə sərhəddə tikdiyi divarların tikintisini başa çatdırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !