• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Türkiyə və San Marino liderləri Moldovada keçirilən Avropa sammitinə gəlməyiblər

Türkiyə və San Marino liderləri Moldovada keçirilən Avropa sammitinə gəlməyiblər
01.06.2023 15:08
Türkiyə və San Marino liderləri Avropa Siyasi Birliyinin Moldovada keçirilən sammitinə gəlməyiblər. Bu barədə cümə axşamı respublikanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popesku məlumat verib.

"50 nümayəndə heyəti dəvət olunub, Moldova Respublikası daxil olmaqla ümumilikdə 51 nümayəndə heyəti var. Bu 51 nümayəndə heyətindən ikisi müxtəlif səbəblərdən gələ bilməyib. Bunlar San Marino və Türkiyədir", - Popesku Moldova Radiosunun efirində deyib.

Bir müddət əvvəl Türkiyə liderinin nümayəndəsi İbrahim Kalın bildirmişdi ki, Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk xarici səfərlərini Azərbaycana və Şimali Kiprə etmək ənənəsindən imtina edərək Moldovada Avropa Siyasi Birliyinin sammitində iştirak edə bilər. Eyni zamanda o, Moldovaya getməmək qərarı veriləcəyi təqdirdə, mayın 28-də keçirilən seçkilərdə qalib gələn Ərdoğan parlamentdə and içdikdən və andiçmə mərasimini keçirdikdən sonra xarici səfərlərin reallaşacağına aydınlıq gətirib.

Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən 2022-ci ildə yaradılmış qondarma Avropa Siyasi Birliyinin ikinci sammiti cümə axşamı Moldovada keçirilir. Qonaqlar - Avropa ölkələrinin dövlət və hökumət başçıları Kişinyovdan 35 km aralıda, Novoanenski rayonunun Bulboaca kəndindəki Mimi şərab kompleksinə toplaşaraq, burada sülh, təhlükəsizlik və enerji məsələlərini müzakirə edəcəklər.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Siyasət 09:57
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Anqola lideri İlham Əliyevə zəng edib
Siyasət 09:03
Anqola lideri İlham Əliyevə zəng edib
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
Siyasət 00:07
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Siyasət 16:36
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Prezident onları təltif edib - Siyahı
Siyasət 16:30
Prezident onları təltif edib - Siyahı
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Siyasət 14:25
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol