"Avropa Parlamentinin qəbul etdiyi bu məcburi qüvvəyə malik olmayan qətnamə məsuliyyətsizliyin, qərəzliliyin və məlumatsızlığın simvoludur. Biz bir qrup AP üzvünün populist ritorikasına əsaslanan, ayrı-seçkilik xarakterli fikirlər səsləndirən və əsassız mövqe sərgiləyən bu qətnaməni pisləyirik. Uzun illər Türkiyəyə qarşı ittihamlar irəli sürülür”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, bu cür yanaşmalar sistem zəifliyindən qaynaqlanır və Türkiyə bu cür yanaşmaları ciddi qəbul etmir.
Avropa Parlamentinin üzvləri Qarabağdakı vəziyyətlə əlaqədar Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul ediblər.
Sənəddə qeyd olunur ki, Qarabağda "çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan” Azərbaycan hökumətindəki şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Avropa Parlamenti həmçinin Brüssel və Bakı arasında əməkdaşlığın inkişafına yenidən baxmağa və Azərbaycan qazının idxalından asılılığı azaltmağa çağırıb.
Qətnaməni 491 deputat dəstəkləyib, 9 deputat əleyhinə səs verib, 36 deputat isə bitərəf qalıb.
Bu qətnamə hüquqi qüvvəyə malik deyil.
Gülnar Nazimqızı
Bizi sosial şəbəkələrdə izləyin !