Türkiyədə batan gəmidə olan azərbaycanlıların kimliyi bilindi - Yenilənib + VİDEO

16:56 | 07.01.2019
Türkiyədə batan gəmidə olan azərbaycanlıların kimliyi bilindi -  Yenilənib + VİDEO

Türkiyədə batan gəmidə olan azərbaycanlıların kimliyi bilindi - Yenilənib + VİDEO

Türkiyənin Samsun bölgəsində azərbaycanlıların da olduğu gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Samsun valisi Osman Kaymak məlumat verib.

O qeyd edib ki, hadisə zamanı xilas edilən yeddi nəfərdən dördünün yaxınlıqdakı xəstəxanalarda müalicəsi davam etdirilir.

Xilas edilənlər arasında azərbaycanlıların olub-olmaması ilə bağlı məlumat yoxdur.

***

Samsunda batan Panama bayrağı altında üzən gəmi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Oxu.Az xəbər verir ki, 1978-ci ildə inşa edilən 113 metrlik "Volgo Balt 214" adlı gəmi kömür ilə yüklü olub və hadisə zamanı iki yerə bölünüb.

Bundan başqa, gəmidə olan 13 nəfərin şəxsiyyəti məlum olub. Onlardan ikisi azərbaycanlıdır.

Bunlar 1972-ci il təvəllüdlü gəmi kapitanı İsmayılov Turbat və 1978-ci il təvəllüdlü kapitan köməkçisi İbrahimov Məmmədəlidir.
 
 ***
Anews.az Trend-ə istinadən xəbər verir ki, Panama bayrağı altında üzən gəmidə 20 nəfər olub.

Son məlumatlara əsasən, Türkiyənin sahil-mühafizə xidməti 4 nəfəri xilas edə bilib.

Digər heyət üzvlərinin axtarışları davam etdirilir.
 
***
 
Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən gəmi batıb.

Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sahil Təhlükəsizlik Komandirliyi batan gəmidən yeddi ekipaj üzvünü xilas edib, 2 nəfərin isə meyitini tapıb.

Gəmidə ümumilikdə 13 ekipaj üzvünün olduğu müəyyən edilib. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan, 2-sinin isə Rusiya vətəndaşı olduğu müəyyən edilib. 

Axtarış tədbirləri davam etdirilir.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM