Türkiyədə daha bir terakt törədilib - Ölən və yaralılar var

09:42 | 02.10.2017
Türkiyədə daha bir terakt törədilib - Ölən və yaralılar var

Türkiyədə daha bir terakt törədilib - Ölən və yaralılar var

PKK terrorçuları Türkiyənin Şırnak-Cizre avtomobil yolunun tunelində təhlükəsizliyi təmin edən əsgərlərə hücum edib.

Anews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktı nəticəsində bir hərbiçi və bir təhlükəsizlik qarovulu şəhid olub. Hücum zamanı yaralanan 4 qarovul xəstəxanaya çatdırılıb.

Məlumata görə, təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə bölgəyə əlavə qüvvə göndərilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM