• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Türkiyədə inflyasiya 59 faiz artıb

Türkiyədə inflyasiya 59 faiz artıb
04.09.2023 16:18
2023-cü ilin avqustunda Türkiyədə istehlak qiymətləri indeksi (inflyasiya  göstəricisi) aylıq 9,09 faiz, illik isə 58,94 faiz artıb. Bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatda bildirilib.
 
Məlumata görə, iqtisadçılar aylıq inflyasiyanın 7 faiz, illik inflyasiyanın isə 55,9 faiz olacağını gözləyirdilər.

Baza inflyasiya əvvəlki 56,1 faiz və gözlənilən 61,7 faizlə müqayisədə 64,85 faizə yüksəlib.

Ən çox bahalaşma restoran və hotellərdə, ən az isə daşınmaz əmlakda müşahidə edilib.

Yerli İstehsalçı Qiymət İndeksi illik 49,41%, aylıq isə 5,89% artıb.
 
Mayda istehlak qiymətləri indeksi əvvəlki aya görə 0,04%, 2022-ci ilin dekabra görə isə 15.26% təşkil edib.

Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, ötən ilin sonundan etibarən isə tədricən azalmağa başlayıb.
  
Aytac  Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 10:15
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
ABŞ 185 ölkəyə rüsum tətbiq edib - Siyahıda Azərbaycanın da adı var
İqtisadiyyat 09:56
ABŞ 185 ölkəyə rüsum tətbiq edib - Siyahıda Azərbaycanın da adı var

Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 10:05
Dünya bazarlarında neft ucuzlaşıb

"Bitcoin"in qiyməti 87 min dollardan aşağı enib
İqtisadiyyat 13:48
"Bitcoin"in qiyməti 87 min dollardan aşağı enib
Avropa anbarlarında qaz ehtiyatları 34,5%-ə qədər azalıb
İqtisadiyyat 13:02
Avropa anbarlarında qaz ehtiyatları 34,5%-ə qədər azalıb
Kriptovalyuta göstəriciləri açıqlanıb
İqtisadiyyat 10:01
Kriptovalyuta göstəriciləri açıqlanıb
"Bitkoin" yenidən ucuzlaşıb
İqtisadiyyat 10:42
"Bitkoin" yenidən ucuzlaşıb
Rusiya qazını İrandan ixrac edəcək -  Putin
İqtisadiyyat 14:23
Rusiya qazını İrandan ixrac edəcək - Putin
Çin Azərbaycana son 7 ildə 1 milyard dollara yaxın investisiya yatırıb
İqtisadiyyat 18:06
Çin Azərbaycana son 7 ildə 1 milyard dollara yaxın investisiya yatırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol