Türkiyədə istirahət neçəyə başa gəlir?

18:00 | 01.08.2015
Türkiyədə istirahət neçəyə başa gəlir?

Türkiyədə istirahət neçəyə başa gəlir?

2015-ci ilin aprel-iyun aylarında Türkiyənin turizm gəlirləri azalıb. 

Oxu.Az Türkiyə Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,8% azdır. 

Komitə qeyd edib ki, 2015-ci ilin II rübündə (aprel-iyun) bu ölkənin turizm gəlirləri 7 milyard 733 milyon 677 minə çatıb. 

Gəlirlərin 86,7%-i xaricdən gələn turistlərin, 13,3%-i isə xaricdə yaşayan türklərin hesabına əldə edilib. 

Ziyarətçilərin Türkiyədə adambaşına xərci isə təxminən 719 dollar və ya 755 manat olub.

2015-ci ilin qeyd olunan dövründə xaricdən gələn turistlərin bu ölkədə xərci 691 dollar və ya 725 manat, xaricdə yaşayan türklərin xərci isə adambaşına 921 dollar və ya 967 manat olub. 

Bundan başqa, Türkiyənin turizm xərcləri isə 10% artıb. 

Bu ölkəni ziyarət edən turistlərin sayı isə 2% azalaraq, 10 milyon 751 min 351 nəfər olub. 

Xarici ölkələrə səfər edən türk vətəndaşlarının sayı isə 20,6% artaraq, 2 milyon 462 min 510 nəfər olub. Türk vətəndaşının xaricdə adambaşına xərci isə 627 dollar və ya 658 manat olaraq qeydə alınıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM