• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Türkiyədə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Türkiyədə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib
25.07.2024 21:01
Türkiyə Təhlükəsizlik Şurası (TŞ) Ukraynada müharibəyə son qoymaq üçün çoxtərəfli səyləri gücləndirməyə çağırıb.Bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidmətinin TŞ-nin iclasının yekunlarına dair bəyanatında deyilir.

Məlumata görə, gündəlikdəki əsas mövzulardan biri Türkiyənin, Suriya və İraq ərazilərində də olmaqla, PKK və İŞİD qruplaşmalarına qarşı davam edən antiterror əməliyyatları olub.

"Bölgə ölkələrinin səmimi əməkdaşlığı ilə Türkiyənin terrorla mübarizədə göstərdiyi səylərin İraq və Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunması ilə yanaşı, ümumi təhlükəsizlik məsələlərinin həlli üçün möhkəm zəmin yaradacağı qeyd edilib”, - bəyanatda deyilir.

Türkiyə TŞ həmçinin FETÖ terror qruplaşması ilə mübarizədə əldə olunan uğurlar və atılacaq addımları müzakirə edib, Qəzza zolağında qan axıdılmasına dərhal son qoyulmasının vacibliyini önə çəkib.

"Təhlükəsizlik Şurası Türkiyənin Kipr məsələsinin kiprlilərin və türklərin bərabər suveren hüquqlara və beynəlxalq statusa malik olacağı, Şimali Kipr Türk Cümhuriyyətinin isə beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü olacağı iki dövlət əsasında həlli məsələsində dəyişməz mövqeyini vurğulayır”, - bəyanatda deyilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Dünya 20:20
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Dünya 18:45
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Estoniyada helikopter dənizə düşüb
Dünya 17:16
Estoniyada helikopter dənizə düşüb
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Dünya 16:12
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Dünya 15:00
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol