Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı Vətənə gətiriləcək
Cəmiyyət
19:00 | 08.02.2023
PAYLAŞ
"Kahramanmaraşda zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşı Nailə Bünyatovanın nəşi Vətənə göndəriləcək”.
Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
Onun sözlərinə görə, mərhumun yaxınları ilə əlaqə saxlanılıb və nəşin ölkəyə göndərilməsi ilə bağlı iş gedir: "Onun nəşi əvvəlcə Ankaraya gedəcək, oradan da Vətənə yola salınacaq”.