Türkiyədə zəlzələyə görə qış transfer pəncərəsinin müddəti uzadılıb

Türkiyə futbolunda bu gecə Bakı vaxtı ilə saat 23:59-da başa çatmalı olan qış transfer pəncərəsinin müddəti uzadılıb.
Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı xəbər verir ki, FIFA ölkədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı TFF-nin müraciətini müsbət cavablandırıb.
Ali futbol qurumu yanvarın 12-də açılan qış transfer pəncərəsinin müddətinin daha 10 gün uzadılmasına şifahi razılıq verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 