Türkiyə "Qazprom”a "Türk axını” layihəsinin reallaşdırılmasında güzəştə getməyəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Energetika naziri Tanər Yıldız söyləyib.
Onun sözlərinə görə, Moskva Türkiyəni yalnız tranzit ölkə kimi görür:
"Bizim üçün bunun heç bir mənası yoxdur. Biz birgə ötürmə sistemi yaratmaqda maraqlıyıq. "Türk axını” Moskva ilə yanaşı Ankaranın da maraqlarına cavab verməlidir. Biz heç vaxt güzəştə getməyəcəyik. Problem ucuz qaz təklif etməklə həll edilə bilməz”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !