"Buraya gəlmək səbəbimiz "Neftçi"dir. Onların rənglərinə aşiqik. Türkiyə də "Beşiktaş"a azarkeşlik edirik. Bizdə rəngli olmur, sadəcə ağ və qara olur".
"Report" xəbər verir ki, bunu "Neftçi" ilə 2 illik əməkdaşlıq müqaviləsi imzalayan "Buta Global Enerji-Tekstil" şirkətinin baş direktoru Muhterem Ermez deyib. Türkiyəli iş adamı "Bakcell Arena"da təşkil edilən mətbuat konfransında Azərbaycanda hazırda yalnız futbolla maraqlandıqlarını bildirib: "Əvvəllər Türkiyə millisi ilə sponsorluğumuz olub. Basketbol komandasına da sponsorluq etmişik. "Buta Global” olaraq Azərbaycan və Türkiyədə 2012-ci ildən fgəaliyyət göstəririk.
Enerji və tekstil sahələrindəyik. Bizə bu fürsəti yaradan hər kəsə təşəkkür edirəm. Şirkətimiz 2012-ci ildə Türkiyədə yaranıb. Tekstil və telekommunikasiya sahəsində öncüllərdən biriyik. Bundan sonra ölkənin böyük klublarından birində geyim sponsoru olacağıq. Çox qürurluyuq. İnanıram ki, klub Avropada və dünyada səs gətirəcək nəticələrə imza atacaq. Biz hər zaman dəstəyimizi verəcəyik".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !