Türkiyənin Hələb şəhərindəki Baş Konsulluğu təxminən 13 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.
TRT telekanalının canlı yayımında göstərildiyi kimi, diplomatik nümayəndəliyin binasında Türkiyə bayrağı ucaldılıb.
Baş Konsulluq tədricən əməkdaşlarının sayını artıracaq və yerli əhaliyə xidmət göstərməyə başlayacaq.
Türkiyənin Dəməşqdəki müvəqqəti işlər vəkili Burhan Keroğlu açılış mərasimində çıxışı zamanı bildirib ki, "Baas" partiyası hakimiyyətdən getdikdən sonra Ankara Suriyanın həqiqi sahibləri ilə əlaqələr qurub və bu, ölkənin inkişafına töhfə verəcək.
"İllər boyu öz ölkəmizdə qəbul etdiyimiz suriyalı qardaşlarımızın təhlükəsiz şəkildə vətənlərinə qayıtması üçün əlimizdən gələni edəcəyik. Türkiyə ilə Suriya arasındakı münasibətlər inkişaf edəcək, biz Suriyanın dünyaya açılmasını dəstəkləyəcəyik”, – Keroğlu vurğulayıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !