​Türkiyənin bir rayonunda antiterror əməliyyatı başa çatdı

11:20 | 12.01.2016
​Türkiyənin bir rayonunda antiterror əməliyyatı başa çatdı

​Türkiyənin bir rayonunda antiterror əməliyyatı başa çatdı

 Türkiyənin Şırnak əyalətinin Silopi rayonu terrorçu PKK silahlılarından təmizlənib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu həmin rayonda keçirilən antiterror əməliyyatında yaralanmış çevik polis alayının əməkdaşı deyib.

Onun sözlərinə görə, rayon terrorçulardan tamamilə təmizlənib: "Onların gizləndikləri bütün yerlər müəyyənləşdirilib və hamısı zərərsizləşdirilib. Xüsusi təyinatlılar dörd bir tərəfdən əraziyə nəzarət edir".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM