Türkiyənin Daxili İşlər naziri koronavirus qərarına görə istefa verdi (FOTO)

22:51 | 12.04.2020
Türkiyənin Daxili İşlər naziri koronavirus qərarına görə istefa verdi (FOTO)

Türkiyənin Daxili İşlər naziri koronavirus qərarına görə istefa verdi (FOTO)

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bir qədər əvvəl canlı efirdə vəzifəsindən istefa verdiyini açıqlayıb.

Anews.az xəbər verir ki, nazirin istefa səbəbi iki gündür Türkiyənin 31 böyük şəhərində komendant saatı tətbiq etməsidir.

Qərardan sonra Türkiyənin müxtəlif şəhərlərində yaranan qarışıqlıq, insanların marketlərə axın etməsi görüntülərini xatırladan Soylu, "Yaşadığım təcrübələr və xüsusi məsuliyyət tələb edən bu həssas dönəmdə mənzərə belə olmamalı idi. Millətimizə heç bir zaman zərər vermək istəməmişəm" deyib.

Soylu həmçinin küçəyə çıxmaq qadağasının tətbiqinin bütün məsuliyyətinin tamamilə ona aid olduğunu bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti