Türkiyənin turizm şəhəri olan Antalyada dekorasiya məhsulları istehsal edən fabrikdə güclü yanğın başlayıb.
Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, yanğının səbəbi bəlli deyil.
Yanğını söndürmək üçün əraziyə xeyli sayda yanğınsöndürən gəlib. Söndürmə işlərinə bir təyyarə və helikopter də cəlb olunub.
Kimyəvi maddələrin çox olması kiçik partlayışlar meydana gətirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !