Turoperatorların gəlirləri bəlli oldu

19:43 | 24.10.2017
Turoperatorların gəlirləri bəlli oldu

Turoperatorların gəlirləri bəlli oldu

Bu ilin yanvar-iyun aylarında səyahət agentlikləri və turoperatorların gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq, 22,4 milyon manat olub.

Anews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu müəssisələr tərəfindən 29,7 min turistə xidmət göstərilib. Bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 6,5 faiz çoxdur.

Xidmət göstərilmiş turistlərin 19,9 min nəfəri xarici ölkələrə, 6,3 mini ölkə ərazisində səyahət edən Azərbaycan Respublikası vətəndaşları, 3,5 min nəfəri isə Azərbaycana səyahət məqsədilə gələn əcnəbilər və vətəndaşdığı olmayan şəxslər olub.

Ölkə səyahət agentliklərinə müraciət edərək, müvafiq yollayış almış Azərbaycan Respublikası ərazisində səyahət edən ölkə vətəndaşlarının sayı 37,0 faiz, Azərbaycana səyahətə gələn xarici ölkə vətəndaşlarının sayı 66,7 faiz artıb. Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 5,7 faiz azalma müşahidə olunub.

Səyahət agentlikləri və turoperatorlar tərəfindən 15,0 min ədəd turizm yollayışı satılıb ki, bunların da 1,1 minini Azərbaycan Respublikası ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına, 13,9 minini isə ölkə vətəndaşlarına satılmış yollayışlar təşkil edib. 

Azərbaycan Respublikasının vətəndaşları tərəfindən alınmış yollayışların 11,8 mini (84,9 faizi) xarici ölkələrə, 2,1 mini (15,1 faizi) ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulub.

Əhaliyə satılan turizm yollayışlarının ümumi dəyəri 15,9 milyon manat olub. Bunun da 14,0 milyon manatını və ya 88,1 faizini xarici ölkələrə gedib. Əhaliyə satılmış bir turizm yollayışının orta dəyəri 8,2 faiz artaraq, 1059,8 manat, o cümlədən Azərbaycan Respublikasının vətəndaşlarına ölkə ərazisində səyahət etmək üçün satılan bir yollayışın orta dəyəri 488,3 manat, ölkədən kənarda səyahət etmək üçün 1182,0 manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılan bir yollayışın orta dəyəri isə 812,1 manat olub. 

Səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrdə istirahət etmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı 20,0 min nəfər olub. Onların 47,7 faizi Türkiyə, 12,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,4 faizi Rusiya Federasiyası, 9,1 faizi İran, 3,0 faizi Almaniya, 1,6 faizi Gürcüstan, 1,4 faizi İtaliya, 1,3 faizi Çexiya, 0,7 faizi Ukrayna və 10,1 faizi digər ölkələrə səyahət edib.

2017-ci ilin birinci yarımilində turizm yollayışlarından istifadə etməklə ölkə ərazisində istirahət edən Azərbaycan Respublikası vətəndaşlarının sayı 6,3 min nəfər olub. Onların 21,2 faizi İsmayıllı, 19,3 faizi Qəbələ, 16,7 faizi Xaçmaz, 12,7 faizi Xəzər, 9,7 faizi Qusar, 5,4 faizi Quba, 4,5 faizi Qax və 10,5 faizi ölkənin digər şəhər və rayonlarında istirahət edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM