Tutulan erməni ilə bağlı danışıqlara başlanıldı

11:39 | 29.01.2014
Tutulan erməni ilə bağlı danışıqlara başlanıldı

Tutulan erməni ilə bağlı danışıqlara başlanıldı

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) dünən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində tutulan erməni ilə bağlı danışıqlara başlayıb.Qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK mandatına uyğun olaraq əlaqədar orqanlarla saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün danışıqlar aparır. Qeyd edək ki, yanvarın 29-da saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib və düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib. Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti