Türkiyədə dünyanın ən məşhur sosial şəbəkələrindən olan “Twitter”in bağlanmasına şəbəkə rəsmiləri münasibət açıqlayıb.
ANS PRESS-in xəbərinə görə, “Twitter “in San Fransisko şəhərindəki mərkəzindən verilən açıqlamada mobil cihaz istifadəçilərinin SMS-dən istifadə edərək tvit yaza biləcəkləri qeyd edilib. Şirkət rəhbərliyi həmçinin bu istiqamətdə araşdırma apardıqlarını bildiriblər: “Türkiyədəki xidmətimizə məhdudiyyət qoyulması barədə xəbərləri araşdırırıq”.Xatırladaq ki, ötən gecə Türkiyədə sosial şəbəkə saytı "Twitter”dən istifadəyə məhdudiyyət qoyulub.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !