"Uçan körpü” piyada estakadası Moskva şəhərində, "Zaradye” parkının ərazisində, sabiq "Rossiya” hotelinin yerində layihələndirilib və tikilib.
"Uçan körpü” piyada estakadası "Zaradye” parkının ərazisinin, avtomagistralın, Moskva çayının və onun sahilinin üzərindən asılıb. "Uçan körpü”yə giriş "Zaradye” parkının ərazisindən nəzərdə tutulur.
"Uçan körpü” piyada estakadasının layihəsi, Bakı şəhərinin "Hidrotranslayihə” hidrotexniki və nəqliyyat qurğuları üzrə elmi-tədqiqat mərkəzinin Moskva filialı olan "Hidrotranslayihə İnstitutu” QSC-nin mütəxəssisləri tərəfindən verilib. Onun tikintisi "EVRASCON” Avro-Asiya Tikinti Korporasiyası tərəfindən həyata keçirilib.
"Uçan körpü” üçgözlü (64,65+138,0+41,75), bölünməmiş tir konstruksiyadır. Körpünün mərkəzi gözü, 64,65 və 41,75 m gözlü iki tirin dörd iri dəmir-beton dayaq üzərində davamı olan 70 m-lik çıxıntılı Λ-vari konsol formasındadır.
"Uçan körpü” piyada estakadasını konsolun uzunluğu 70 m olduğu üçün unikal tikililərə aid etmək olar.
İndiyə qədər belə çıxıntılı konsolu olan tikililər quraşdırılmayıb. "Bu cür tikililər üçün unikal cəhət” olan bu faktı nəzərə alsaq, "Uçan körpü” Ginnesin Rekordlar kitabına daxil edilə bilər.
• Piyada estakadasının uzunluğu (mehvərlərdə) – 244,4 m4;
• Piyada estakadasının tam eni - 6,2 m (dəmir-beton tir – 1,8 m, konsol 4,4 m);
• Piyada estakadasının gediş-gəliş hissəsinin qabariti - Q -4,0 m;
• Normativ piyada yükü – 400 kq/m2.
Estakadanın gediş-gəliş hissəsi 45 mm qalınlığında qara şam taxtalarından olan döşənək şəklində verilib.
Döşənək dəmir tir-konsolların üzərinə düzülür. Gediş-gəliş hissəsində konsolun altından paslanmayan polad vərəqlərdən üz vurulur. "Uçan qurğu”nun dəmir-beton tirinin qabağa çıxan hissəsində bütün körpü boyu qara şamdan skamyalar quraşdırılıb.
Mənzərə meydançası olan estakada həm daxili, həm də xarici hissədən "tripleks” tipli yüksək davamlı 22 mm qalınlığında və 1,5 m hündürlüyündə şüşə ilə çəpərlənib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !