Dünyanın ən böyük təyyarə istehsalçılarından olan "Airbus” şirkəti "Vahana” adını verdiyi yeni konsept pilotsuz uçan aparatını təqdim edib.
Anews.az xəbər verir ki, əsas missiyası böyük şəhərlərin tıxac problemini həll etmək olan layihə hava daşımalarına yenilik gətirəcək.
Konsept taksinin necə olacağının canlandırıldığı kompüter qrafikası ilə hazırlanmış videodan göründüyü kimi, taksi şirkətlərinin mobil əlavələrinə oxşayan bir mobil əlavə vasitəsilə gedəcəyiniz yeri, zamanı, baqajınızın olub-olmamasını qeyd etdikdən sonra uçan taksi sizi ən yaxın "vertiport” adı verilən dayanacaqdan götürərək lazım olan yerə aparır.
"Vahana”nın digər bir üstünlüyü ondadır ki, vertikal eniş-qalxış edə bilməsi sayəsində bir çox yerdən sərnişin götürə və düşürə bilir.
"Vahana” tam avtomatlaşdırılmış şəkildə fəaliyyət göstərəcək. Sərnişinin hər hansı formada müdaxiləyə ehtiyac qalmadan gedəcəyi trayektoriyada olan digər uçuşları tənzimləyəcək və özünə yol açacaq.
"Vahana” həmçinin hər hansı bir fövqəladə hadisə baş verməsi zamanı istifadə etmək üçün paraşütlə, ətrafı analiz etmək üçün kameralarla, radarla və gps-lə təmin olunacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !