UEFA-dan “Qarabağ”a mənfi cavab gəldi

12:12 | 05.08.2014
UEFA-dan “Qarabağ”a mənfi cavab gəldi

UEFA-dan “Qarabağ”a mənfi cavab gəldi

Çempionlar Liqasının III təsnifta mərhələsinin Avstriya "Zalsburq"u ilə ilk görüşündə qırmızı vərəqə alaraq, azarkeşləri üzən Reynaldoya edilən bu haqsızlıqla bağlı Ağdam təmsilçisi UEFA-ya müraciət etmişdi. 
ANN.Az idmanxeber.com-a istinadən xəbər verir ki, avqustun 6-da Avstriyada baş tutacaq matçda braziliyalı futbolçu "Qarabağ"a kömək edə bilməyəcək. Buna səbəb UEFA-nın "Qarabağ"ın şikayətini geri çevirməsidi. Qurum ukraynalı hakimin Bakıda verdiyi qərarı haqlı sayıb və böyük ehtimalla bu məsələ yaxın günlərdə rəsmi formada açıqlanacaq.
Qeyd edək ki, "Zalsburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM