“Qarabağ” klubu son günlər cəbhə bölgəsində şəhid olan əsgərlərimizə görə UEFA-ya müraciət edərək futbolçularn Çempionlar Liqasının III turunun “Zalsburq”la cavab oyununa qara lentlə çıxmalarını və şəhidlərimizin xatirəsini bir dəqiqləlik sükutla yad edilməsini istəyib.
Bu barədə Qol.Az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinə klubun meneceri Asif Əsgərov məlumat verib.
Bu gün UEFA-dan “Qarabağ”a rəsmi cavab gəlib. Rəsmi cavabda bildirilib ki, UEFA “Qarabağ”ın müraciətini anlayışla qarşılayır. Ancaq UEFA bu məsələnin sırf futbolla bağlı olmadığı üçün “Qarabağ”ın müraciətini qəbul etməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !