Bu gün UEFA “Qarabağ”ın hücumçusu Reynaldo Silva ilə bağlı qərarını açıqlayıb.
Bu haqda Qol.Az-a Ağdam klubunun meneceri Asif Əsgərov məlumat verib.
Qərara əsasən, Reynaldo Silvanın Bakıda “Zalsburq”la matçda aldığı birbaşa qırmızı vərəqəyə görə cəza bir oyunluq olub. Bu isə o deməkdir ki, Avstriyada cavab matçını buraxdığı üçün Reynaldo Silvanın cəza müddəti bitib və o, Avropa Liqasının pley-off mərhələsində “Tvente” ilə ilk görüşdə meydana çıxa biləcək.
Qeyd edək ki, klub rəhbərliyi, komandanın məşqçi heyəti və futbolçular "Qaraabağ"ın liderlərindən olan Reynaldonun cəzasının iki oyunu əhatə edəcəyindən ehtiyat edirdilər. Belə olacağı halda Reynaldo ən azı pley-offun ilk görüşünü buraxmalı olacaqdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !