Bu mövsüm Çempionlar Liqasında VAR (video-hakim sistemi) sistemindən istifadə olunmayacaq.
Publika.az xəbər verir ki, UEFA bütün hakimlərini VAR sistemi ilə bağlı təlimatlandıra bilmədiyi üçün bu mövsüm ÇL-də video-hakim sistemi olmayacaq. UEFA bunun üçün böyük zamana ehtiyacı olduğunu bildirir.
Hazırda VAR sistemi İtaliya, Portuqliya, Fransa, Hollandiya, Türkiyə liqalarında istifadə edilir. Avropa qitəsində geniş yayılsa da, digər qitələrdəki ölkələr bu sistemə üstünlük vermir. Bu durumda, bir çox ölkələrin hakimlərinin VAR üzrə təlimi olmur.
Sistemin Çempionlar Liqasında 2019-2020 mövsümündən etibarən tətbiq edilməsi planlaşdırılır.
UEFA Hakimlər Komitəsində sədr olan VAR mütəxəssisi Roberto Rozettinin bu məsələdə önəmli faydası olacağı vurğulanır.
Əlavə olaraq bu mövsümdən etibarən start götürən UEFA Millətlər Liqasında da VAR-dan istifadə olunmayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !