UEFA “Çixura”nı cəzalandırdı

19:00 | 01.08.2014
UEFA “Çixura”nı cəzalandırdı

UEFA “Çixura”nı cəzalandırdı

UEFA təmsilçimiz “Neftçi”nin Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi “Çixura”nı cəzalandırıb. Apasport.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

 

Mənbədə qeyd olunur ki, ali futbol qurumu “Bursaspor” la Avroliqa matçında baş verən hadisələrə görə “Çixura”nı 15 min avro məbləğində cərimələyib. Buna səbəb kimi də Tiflisdə keçirilən qarşılaşmada gürcüstanlı azarkeşlərin meydana yad əşyalar atması və oyun zamanı pankartlar açaraq, siyasi şüarlar səsləndirməsi olub.

 

Buna görə də, “Çixura” tərəfi “Neftçi” matçında da bu tipli hadisələrin yaşanmaması üçün əlavə tədbirlər görəcək və rəqib azarkeşləri üçün xüsusi sektor ayıracaq. UEFA bunu Gürcüstan klubunun qarşısına tələb kimi qoyub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM