İspaniya Krallığının Futbol Federasiyasının (RFEF) prezidenti Anxel Mariya Vilyar UEFA-nın vitse-prezidenti postundan istefa verib.
anews.az Report-a istinadən xəbər verir ki, o, ölkəsində üzləşdiyi korrupsiya ittihamı ilə əlaqədar belə bir addım atıb.
A.M.Vilyar, oğlu Qorka və RFEF-in vitse-prezidenti Xuan Pardon iyulun 18-də İspaniya vətəndaş qvardiyasının bölmələrinin keçirdiyi reyd zamanı həbs olunublar. Onlar 45 milyon avroya yaxın məbləğin mənimsənilməsində ittiham edilirlər. Həmçinin, 67 yaşlı funksioner RFEF rəhbəri seçkisində təşkilatın vəsaiti ilə regional federasiyaların rəhbərlərini satın almaqda şübhəli bilinir.
Qeyd edək ki, Anxel Vilyar mayda yenidən seçildiyi RFEF-ə 29 ildir başçılıq edir. O, FİFA Şurasının böyük vitse-prezidenti kimi Mişel Platini azad olunduqdan sonra UEFA prezidenti səlahiyyətlərini icra edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !