UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Gürcüstanın "Çixura" klubunu cəzalandırıb.Qol.Az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, buna Saçxere təmsilçisinin II təsnifat mərhələsinin cavab görüşdə evdə "Bursaspor"la keçirilən oyununda (0:0) baş verənlər səbəb olub.Tiflisdə keçirilən həmin qarşılaşmada gürcüstanlı azarkeşlər meydana yad əşyalar atmaqla yanaşı, pankartlar açaraq, siyasi şüarlar səsləndirmişdilər. Bu səbəbdən UEFA "Çixura" klubunu 15 min avro məbləğində cərimələyib.
Qeyd edək ki, avqustun 7-də Avroliqanın III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində evdə "Neftçi"ni qəbul edəcək "Çixura" klubunun bu tip hadisələrin bir daha təkrarlanmaması üçün əlavə tədbirlər görəcəyi bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !