• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Ukrayna Azərbaycandan neft istəyir

Ukrayna Azərbaycandan neft istəyir
08.09.2014 17:00
Ukrayna Azərbaycanla energetika sahəsində dostuq və tərəfdaşlıq münasibətlərini davam etdirmək niyyətindədir.“APA-Economics”in məlumatına görə, bunu Ukraynanın energetika və kömür sənayesi naziri Yuriy Prodan Azərbaycanın energetika naziri Natik Əliyevlə birgə bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib. Ukraynalı nazir bildirib ki, o, bu gün Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşəcək: “Bu görüşdə Azərbaycan neftinin Ukraynaya nəqli və iki ölkə arasında müştərək layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edəcəyik. Təbii ki, biz Azərbaycan neftinin Ukrayna zavodlarına gətirilməsində maraqlıyıq. Bu neftin necə və hansı yollarla Ukraynaya gəlib çıxmasını isə biz bu görüşdə müzakirə edəcəyik”. Azərbaycanın energetika naziri Natiq Əliyev isə bildirib ki, Azərbaycan tərəfi Ukraynaya neft nəqlini davam etdirmək üçün bir çox layihələr üzərində işləyir: “Biz Xəzər dənizindən hasil olunan neftin Ukraynaya çatdırılmasında maraqlıyıq. Bu sahədə biz Ukrayna hökuməti ilə birgə “Sarmantiya” beynəlxalq neft-kəmər şirkətini yaratmışıq. Bu layihə çərçivəsində biz Avropa Komissiyası ilə birgə qaz kəmərlərinin ətraf mühitə təsiri ilə bağlı birgə layihə işləyib hazırlamışıq”. Nazirin sözlərinə görə, hazırda Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin 40-dan artıq yanacaqdoldurma məntəqəsi mövcuddur. “Gələcəkdə ARDNŞ yanacaqdoldurma məntəqələrinin sayını 70-ə çatdıracaq. Ukrayna hökuməti bu layihəyə böyük dəstək verir. Bütün bunlar imkan verir ki, Azərbaycan Ukrayna ilə energetika sahəsində əməkdaşlığını daha da genişləndirsin”, - deyə o bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol