Ukrayna Baş Qərargahı Rusiya ordusunun daha bir şəhərdən çəkildiyini açıqlayıb

23:00 | 23.03.2023
Ukrayna Baş Qərargahı Rusiya ordusunun daha bir şəhərdən çəkildiyini açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiya ordusunun daha bir şəhərdən çəkildiyini açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Xerson vilayətinin Nova Kaxovka şəhərindən çıxdığını bildirib.

Bu barədə Baş Qərargahın günün digər hərbi hadisələri ilə birlikdə axşam xülasəsində deyilib.

"22 mart 2023-cü il tarixindən etibarən işğalçı ordusunun Xerson vilayətinin Nova Kaxovka yaşayış məntəqəsində yerləşən bütün bölmələri şəhəri tərk edib”, - Baş Qərargah vurğulayıb.

Şəhəri tərk edən hərbçilər çəkilərkən yerli sakinlərdən "böyük sayda məişət və elektron texnikanı, zinət əşyalarını, geyim elementləri və mobil telefon” götürüb.

Ötən il noyabrın 11-də Ukrayna ordusu sözügedən vilayətin mərkəzini – Xerson şəhərini işğaldan azad edib. Bu, Rusiya ordusunun hazırda gedən müharibədə ən böyük məğlubiyyətlərindən biri hesab edilir. Mərkəzi şəhərdən çəkilən rusiyalılar yaşayış məntəqəsinin infrastrukturunu, o cümlədən enerji və su təminatını dağıdıb, Xerson İES, teleqüllə və s. strateji obyektlər məhv edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb